Azərbaycan Güləş Federasiyası - Azerbaijan Wrestling Federation

Welcome!

A stylish new website for Azərbaycan Güləş Federasiyası - Azerbaijan Wrestling Federation is created here. It is based on chayns® by Tobit.Software which turns Facebook pages into living websites. News, pictures, events and much more will automatically be prepared specifically for this site. Of course also optimized for mobile devices.

Azərbaycan Güləş Federasiyası (AGF) 1993-ci ildə təsis olunub və elə həmin il Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına (FILA) üzv qəbul edilib. Azərbaycan Milli Olimpiya Komitəsinin kollektiv üzvlərindən biridir. Bu gün AGF olimpiya oyunlarının proqramına daxil olan 3 idman növünə – sərbəst güləş, yunan-Roma güləşi və qadın güləşini özündə birləşdirir. Azərbaycanın demək olar ki, bütün bölgələrində güləş bölmələri fəaliyyət göstərir və güləş ölkəmizdə ən sevilən idman növlərindən biridir. Beynəlxalq güləş aləmində AGF böyük hörmətə və nüfuza malikdir. Bütün bunların kökündə isə, təbii ki, üzərimizə götürdüyümüz işləri ən yüksək səviyyədə icra etməyimiz, güləşin inkişafında həyata keçirdiyimiz məqsədyönlü fəaliyyət dayanır.